Misir sahillərində aşan qayıqda ölən miqrantların sayı 160 nəfəri keçib

Misir sahillərində aşan qayıqda ölən miqrantların sayı 160 nəfəri keçib

Misirin Kafr-eş-Şeyx şəhərinin sahillərində içərisində təxminən 600 miqrantın olduğu qayığın aşması nəticəsində ölənlərin sayı 160 nəfəri keçib. 
 
Maide.Az  beynəlxalq KİV-lərə istinadən  xəbər verir ki,sentyabrın 21-də içərisində  təxminən 600 miqrantın olduğu balıqçı qayıq aşıb. Rəsmilər bildirir ki, qayığın aşmasına səbəb  ona həddən artıq insanın minməsi olub. 
 
Qayığın göyərtəsində Misir, Suriya və Afrika ölkələrindən miqrantlar olub. Axtarışlar davam edir, ölənlərin sayının daha da artacağı ehtimal olunur. 
 
2016-cı ilin  yanvar ayından sentyabr ayına kimi  12 mindən çox miqrant Misirdən  İtalyaya gedib. Ötən il isə  bu rəqəm 7  min nəfər olub. 
 
BMT-nin məlumatına görə,  2014-cü ildən indiyədək 10 mindən çox miqrant  Aralıq dənizi vasitəsi ilə Avropaya gedərkən həyatını itirib. 
 

Google+ WhatsApp ok.ru