Misir “Rəfəh” keçidini 3500 fələstinli xəstənin üzünə bağladı

Misir “Rəfəh” keçidini 3500 fələstinli xəstənin üzünə bağlayıb.  Bunu Qəzza Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Qədəre deyib. 
Maide.az-ın məlumatına əsasən, Qəzza Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Qədəre “Rəfəh” keçidinin bağlı saxlanılmasından narahatlığını ifadə edərək bildirib ki, bu keçidin bağlanması fələstinlilərə bir çox problemlər yaradıb.
O deyib ki, bir sıra fələstinli xəstələr ağır vəziyyətdədir və təcili tibbi yardıma ehtiyacları var.
Ə.Qədəre qeyd edib ki, Rəfəh keçidinin açılması ilə bağlı fələstinlilərin Misir rəsmiləri ilə apardığı danışıqlar indiyədək faydasız olub.
O, Qırmızı Xaç və digər Benəlxalq Təşkilatlardan Rəfəh sərhəddinin açılması məqsədilə Misir hökümətinə təzyiq göstərmək üçün yardım istəyib.
Qeyd edək ki, Rəfəh keçidi bu ilin əvvəlindən yalnız 19 gün açıq olub.
Misir höküməti Rəfəh keçidini silah qaçaqmalçılığının qarşısını almaq məqsədilə bağladığını iddia edir. /
 

Google+ WhatsApp ok.ru