Misirdə iki avtobus toqquşub: 27 nəfər ölüb, 50 nəfər yaralanıb

Misirdə avtobus qəzasında 27 nəfər ölüb. Hadisə Misirin Sina yarımadasının cənubunda baş verib. İki avtobusun toqquşması nəticəsində 27 nəfər həlak olub, 50 nəfər ağır xəsarət alıb. Həkimlərin verdiyi məlumata görə, bəzi yaralıların vəziyyəti çox ağırdır. Bu səbəbdən ölənlərin artacağı bildirilir. Qəza gecə saatlarında Şarm əl-Şeyx şəhərindən 50 km məsafədə qeydə alınıb. Qəzaya düşənlər arasında Rusiya, Səudiyyə Ərəbistanı və Yəmən vətəndaşları da var.

Google+ WhatsApp ok.ru