Misirdə nəzarət buraxılış məntəqəsinə hücum edildi

Hücumun kimlər tərəfindən edildiyi hələ ki, məlum deyil

İslamazeri.az-ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirə şəhərinin şərqində polis nəzarət buraxılış məntəqəsinə naməlum şəxslər tərəfindən silahlı hücum edilib.

Təhlükəsizlik qüvvələrindən verilən açıqlamada qeyd olunur ki, silahlı şəxslərlə polis arasında baş verən atışmada 1 polis həlak olub, 3 polis işçisi isə yaralanıb.

Bundan əlavə hadisə baş verən bölgədə artıq anti-terror əməliyyatları başlanılıb. /

Google+ WhatsApp ok.ru