Misirdə çevriliş əleyhdarı olan 68 nəfər həbs cəzası

Misirdə çevriliş əleyhdarı olan 68 nəfərə adama 10-15 il arasında həbs cəzasə verildiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, Qahirə Cəza Məhkəməsi ictimaiyyətdə "Əzbəkiyyə hadisələri" kimi tanınan iddiada mühakimə olunan 63 nəfərin hər birinə on beş il, 5 nəfərə isə ayrı-ayrılıqda 10 il həbs cəzası verib. Onlara əlavə olaraq 2 min 860 dollar da pul cəzası kəsilib.
 
Məhkəmə keçən il 6 oktyabr tarixindəki aksiyalarda həbs edilən və barələrində hökm verilən şübhəlilərin də azad olunduqdan sonra 5 il polis nəzarətində qalması barədə qərar çıxarıb.

Google+ WhatsApp ok.ru