Misirdəki ABŞ vətəndaşını İŞİD öldürübmüş

İŞİD-ə bağlı Beyt Əl-Məqdis təşkilatı Misirdə meyiti tapılmış Amerikanın neft mütəxəssisinin qətlinin məsuliyyətini üstünə götürüb. 
 
Maide.az xəbər verir ki, Texasda doğulmuş Uilyam Hendersonun pasport və şəxsiyyət vəsiqəsinin fotoları İŞİD-ə məxsus saytda nümayiş olunub. Onun ölüm xəbərinin çıxdı 6 avqustda isə bunun avtomobil oğurluğuna görə baş verdiyi deyilirdi. 
 
58 yaşlı Henderson 28 il imiş mərkəzi Hyustonda yerləşən "Apache Corp"da işləyirmiş. Şirkətdən onun barəsində yayımlanmış nekroloqda deyilirdi ki, Henderson iş başında ölüb və onun ölümünə səbəb avtomobil oğurlanması olub. Amma buna baxmayaraq, ABŞ hökuməti bu günə kimi onun ölüm faktını araşdırır.
 
İŞİD-in açıqlamasına baxmayaraq, Dövlət Departamenti hələlik heç bir açıqlama verilməyib. 

Google+ WhatsApp ok.ru