Misirdə iğtişaşlar zamanı 18 nəfər həlak olub

 “25 Yanvar” inqilabının 4-cü il dönümü mərisimləri Misirdə qanlı qarşıdurmalarla müşaiət olunub.

Misir Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Yüzlərlə insan isə xəsarət alıb. Öldürülənlər arasında polis məntəqəsini mühafizə edən iki siravi əsgər olub.

Qeyd edək ki, ən qanlı qarşıdurma Qahirə şəhərinin ətrafında yerləşən Əl-Matari məntəqəsində baş verib. Nəticədə 12 nəfər həlak olub. İğtişaşlar zamanı polisqadağan edilən "Müsəlman Qardaşlar" təşkilatının 500-dən artıq üzvünü həbs edib. İslamazeri  /

Google+ WhatsApp ok.ru