Misirdə “Müsəlman qardaşları”nın 183 tərəfdaşına ölüm hökmü verildi

Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının 183 fəalına qarşı ölüm hökmü çıxarıb. Bu barədə Reuters məlumat yayıb.  
 
Məhkəmənin qərarına əsasən, məhkum olunmuşlar 2013-cü ildə hakimiyyət dəyişikliyindən sonra iğtişaşlar zamanı polislərin ölümündə günahkardırlar. 2013-cü ilin avqustunda Kardasa şəhərində iğtişaşlar zamanı 16 polis ölmüşdü. 
 
Bu, “Müsəlman qardaşları”na qarşı növbəti ölüm hökmü qərarıdır. Araşdırmalar zamanı hərəkatın üzvlərinin edamı barədə qərar qəbul edilib. Onların mənəvi lideri Məhəmməd Badi ömürlük həbs cəzası alıb. 

Google+ WhatsApp ok.ru