Misirdə saxlanılmış şiə siyasi fəal Tahir əl-Haşimi zəmanətə buraxılıb

Ötən bazar ertəsi günü naməlum səbəblər üzündən saxlanılan əl-Səqəleyn Cəmiyyətinin sədri, siyasi fəal və  Ümumdünya Əhli-Beyt Cəmiyyətinin üzvü Tahir əl-Haşimi dünən zəmanətə buraxılıb. 
Maide.az xəbər verir ki, Misirin tanınmış şəxsiyyətlərindən olan doktor Əhməd Rasim əl-Nəfis T.Əl-Haşiminin zəmanətə buraxılmasında Misir Şiə Cavanları İttifaqının sədri, vəkil Heydər Qəndilin rolundan danışıb və bildirib ki,  Tahir əl-Haşiminin saxlanılması Misirdə şiələrə qarşı məkirli planın bir parçasıdır. “Son vaxtlar şiələrə qarşı KİV-lərdə müxtəlif yazılar və verlişlər gedir, şiələri təhlükəli göstərirlər. Tahir əl-Haşiminin saxlanıılması da bu kimi planların bir parçasıdır”,-deyə Əhməd Rasim əl-Nəfis bildirib. 
O əlavə edib ki, vəkil H.Qəndil sələfilər tərəfindən Tahir əl-Haşimiyə qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu sübut və hələlik onu zəmanətə eve buraxılmasını təmin etdi. 
Qeyd edək ki, bir müddət öncə Misirin Sələfi cərəyanına aid “Səhabə və Al sevərlər” cəmiyyətinin baş katibi Əla əl-Səid şiə siyasi fəal Tahir əl-Haşimini İranın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdə günahlandırıb və Misir təhlükəsizlik qüvvələrindən istəyib ki, onu həbs  etsinlər. O həmçinin Al Səud rejiminin Yəmənə hücumuna qarşı etiraz aksiyalarının təşkil etdiyi üçün Tahir Əl-Haşimini ölkədə milli təhlükləsizliyi pozmaqda ittiham edib. abna/
 

Google+ WhatsApp ok.ru