Misirdə daha bir İxvan üzvü saxlanılıb

Misir təhlükəsizlik qüvvələrinin Müsəlman Qardaşlar Təşkilatı (İxvan) Rəhbərlik Şurasının üzvü Məhəmməd Sad Aleyvanı saxladığı bildirilib.
 
Maide.az xəbər verir ki, İxvanın rəsmi internet saytından yayımlanan açıqlamada, Aleyvanın səhhətində yaranmış problemə görə müalicə üçün xəstəxanaya gedərkən paytaxt Qahirənin qərbindəki Giza məntəqəsində təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.
 
Aleyvanın səhhətindən təhlükəsizlik qüvvələrinin məsul olduğu açıqlamada, "Rəhbərlik şurası üzvlərimizdən 5-nin qaçırılması və itməsi İxvanı müqəddəs inqilabı məqsədə çatdırmaq və ölkəni xilas etmək yolundan döndərə bilməyəcək", - deyilir.

Google+ WhatsApp ok.ru