Misirdə hökumətə qarşı aksiyalar davam edir

Misirlilər paytaxtın müxtəlif bölgələrində hökumət əleyhinə aksiyalar keçiriblər.
Maide.az ərəb medialarına istinadə'n  verdiyi məlumata görə, misirli etirazçılar çərşənbə gecə bir neçə bölgədə aksiya keçirib və bu ölkədə hərbi hökumətin devrilməsi və qanuni hökumətin iqtidara qayıtmasını tələb ediblər. 
Bu aksiyaların iştirakçıları məhbuslara qarşı çıxarılan edam qərarları, kənarlaşdırılmış prezident Məhəmməd Mursi və Müsəlman Qardaşlarının bir qrup digər rəhbərinin mühakimə olunması, həmçinin siyasi xarakterli həbsləri pisləyiblər. 
Aksiyaçılar ordu və polis əleyhinə şüarlar səsləndirib və çevriliş hökumətinin devrilməsini istəyiblər. 
Ötən gün də Misirin müxtəlif şəhərləri hökumətə qarşı aksiyaların şahidi olmuşdu. /

Google+ WhatsApp ok.ru