Misirdə məhkəmə İŞİD-in 12 silahlısını ölüm cəzasına məhkum edib

Misir məhkəməsi polis əməkdaşlarına və hərbçilərə hücum törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının 12 üzvü barəsində edam hökmü çıxarıb.
 
Maide.az xəbər verir ki, məhkumlardan 6-sı hazırda həbsdə, qalanları isə azadlıqdadır. Məhkumlar İŞİD-in üzvü olduqlarını və terror aktları planlaşdırdıqlarını etiraf ediblər.  
 
Hökmün məhkəmənin  sentyabrın 12-də keçiriləcək əlavə iclasında təsdiqlənməsi və ya yumşaldılması gözlənilir. 

Google+ WhatsApp ok.ru