Misirdə partlayış baş verib

Misirin paytaxtı Qahirədə baş verən partlayışda 3 polisin yaralandığı bildirilir

Maide.az xəbər verir ki, adının çəkilməsini istəməyən bir təhlükəsizlik mənbəyi açıqlamasında partlayışın Qahirənin mərkəzindəki Ramsis bölgəsində yerləşən Əl-Əzbəkiyyə polis binası yaxınlığında baş verdiyini deyib.
 
Partlayışdan sonra hadisə yerinə yanğınsöndürmə briqadaları və sanitar maşınlar göndərilib, ətrafda təhlükəsizlik tədbirləri görülüb.

Google+ WhatsApp ok.ru