Misirdə etiraz aksiyası, xalq Qırmızı dənizdəki stratejik adaları geri istəyir 11 Aprel 2016 01:00 Xəbərlər Misir hökuməti şənbə axşam elan edib ki, on illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib. Maide.az xəbər verir ki, Misir xalqı ötən gün etiraz aksiyası keçirərər Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistana verilməsinə etiraz ediblər. Etirazçılar bu müqavilənin pozulmasını tələb ediblər. Polis və etirazçılar arasında qarşıdurma baş verib, bir neçə nəfər həbs olunub. Etirazçılar bildirir ki, bu iki adanın Səudiyyə Ərəbistana verilməsi konistitusiyaya ziddir və bu iki ada Misirə məxsusdur. Səudiyyə Ərəbistan və Misir arasında əldə olunan bu razılıq sosial şəbəkədədə geniş müzakirəyə səbəb olub. / Teqlər : #Misirdə etiraz aksiyası,#xalq Qırmızı dənizdəki stratejik adaları geri istəyir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çox sayda zəvvar Hərəmeyn Əsgəriyeynə (ə) axın edib İnternetdə virus