Misirdə Səudiyyə rejiminə qarşı keçirilən aksiyalarda 423 nəfər saxlanıldı

Misirdə Tiran və Sanafir adalarının Səudiyyə rejiminə verilməsindən sonra, aprelin 27-də keçirilmiş aksiyalarda 423 nəfər saxlanılıb.
 
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, məlumat Beynəlxalq Ədalət Komitəsindən verilən yazılı açıqlamada qeyd olunub.
 
Açıqlamada 21 şəhərdə keçirilən aksiyalar zamanı saxlanılanların Misir Hüquq və Azadlıqlar Mərkəzinin hesabatlarına əsasən, müəyyən edildiyi və bu rəqəmin 3 il əvvəl Rabiatul Ədəviyyə meydanındakı nümayişçilərin həbsindən sonra ən böyük say olduğu qeyd olunub.
 
Həbs olunanlardan bəzilərinin azadlığa buraxıldığı, bəzilərinin isə hələ də həbsdə saxlanıldığı qeyd olunub.
 

Google+ WhatsApp ok.ru