Misirdə terakt: 9 ölü, 10 yaralı

Misirdə terakt: 9 ölü, 10 yaralı

Misirin Sina yarımadasının şimalındakı polis nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.
 
Ariş şəhərinin Mesaid bölgəsində bomba yüklənmiş maşınla təşkil olunan hücumda 9 nəfər həlak olub, 10-u yaralanıb. Həlak olanlardan 5-i polis əməkdaşıdır.
 
Hələ ki, teraktı heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, Misir ordusu bir neçə gün əvvəl Sina yarımadasında silahlı qruplara qarşı əməliyyat keçirmişdi. (axar.az ) /

Google+ WhatsApp ok.ru