Misirdə 15 min nəfər mövcud olmayan 1300 məsciddə çalışır

Misirdə 15 min nəfər mövcud olmayan 1300 məsciddə çalışır

Misir Vəqflər Nazirliyi bu ölkədə məscidlərin sayı ilə bağlı rəqəmlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.   
 
Maide.Az xəbər verir ki, Misirin Vəqflər Nazirliyi bu ölkədə 1300 məscidin yalnız kağız üzərində mövcudluğunu və 15 min nəfərində uzun illərdir mövcud olmayan bu məscidlərdə çalışdığını və Vəqflər Nazirliyindən maaş aldığını etiraf edib. 
 
Nazirlik elan edib ki,  2011-ci il yanvar inqilabından sonra   Misirin Beheira , İsgəndəriyyə və Həlvan bölgələrində 1300 məscid kağız üzərində peyda olub.  
 
Hazırda bu saxtakarlıqla bağlı  tədqiqat aparılır. “Tədqiqat göstərir ki, bəzi bölgələrdə bəzi məscidlər dəfələrlə qeydiyyata alınıb.  1 məscid 4-5 ünvanla səbt olunub.” 
 

Google+ WhatsApp ok.ru