Misirdə Facebook pullu ola bilər

Misirdə Facebook pullu ola bilər

Dünyada məşhur sosial şəbəkələrdən olan Facebookdan istifadənin Misirdə pulla olması təklif edilib. Bunu Misir parlamentinin deputatlarından "Azad misirlilər" partiyasından Riyad Abdel Səttar təklif edib. 
 
Maide.Az xəbər verir ki, o iddia edib ki, sosial şəbəkələrin pullu olması nifrət, zorakılıq və ekstremizmlə mübarizədə səmərəli ola bilər. 
 
R.Abdel Səttar deyib ki, internetə nəzarətin olması milli təhlükəsizlik maraqlarına xidmət edir.  
 
Əgər misirli parlament nümayəndəsinin təklifi qəbul olunarsa, o zaman misirlilər Facebookdan istifadə üçün aylıq 11 dollar ödəməli olacaq. (islamtoday) /

Google+ WhatsApp ok.ru