Misirdə yaşayış binası uçub, ölən və yaralananlar var

Misirdə yaşayış binası uçub, ölən və yaralananlar var

Misirin Əl-Mansura şəhərində beşmərtəbəli yaşayış binası uçub, ilkin məlumata görə, 3 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb.
 
Uçan bina uzun müddət qəzalı vəziyyətdə olub. Ölənlər arasında 7 yaşlı qızın da olduğu bildirilir.
 
Misirdə təhlükəli vəziyyətdə olan 2 milyonadək bina var. 100 mindən çox qanunsuz tikilən binanın sökülməsi barədə qərar verilməsinə baxmayaraq, onların əksəriyyəti hələ də istifadə olunmaqdadır. (apa) /

Google+ WhatsApp ok.ru