Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB2

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB2

-- 3 günlük matəm elan edilib

(ilk xəbər 18:00-da yayımlanıb) 
 

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.

 

Maide.Az bildirir ki, Misir dövlət televiziyasının məlumatına görə,  ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.

 
***
Maide.Az xəbər verir ki, Misir dövlət televiziyasının məlumatına görə, Misirdə əl- Ariş şəhərində Ravda məscidinə hücumu nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb, yaralıların sayı isə 130 nəfər olub. 
 
Misir prezidenti Əbdülfəttah əs-Sisi ər-Ravda məscidində baş vermiş terror aktı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
 
Prezident müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir. 
 
Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. 
 
 
 
 
***
 
Misirin Sinay yarmadasında məscidə hücum olub.
 
Maide.Az "Anadolu" agentliyinə istinadənxəbər verir ki, silahlıların Misirdə əl- Ariş şəhərində Ravda məscidinə hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb. 
 
Hücum cümə namazından sonra baş verib. Yaralıların  sayı isə 125 nəfərə çatıb.
 

Google+ WhatsApp ok.ru