Misirdə məscidə hücum edənlərdən bəziləri zərərsizləşdirildi

Misirdə məscidə hücum edənlərdən bəziləri zərərsizləşdirildi

-- Onların içində olduğu bəzi nəqliyyat vasitələri məhv edilib

Misir ordusu Ariş şəhərində "Ravda" məscidinə qarşı terror və silahlı hücumu həyata keçirən terrorçulardan bəzilərinin zərərsizləşdirildiyini bildirib.

Ordu mətbuat katibi polkovnik Tamir ər-Rufai verdiyi yazılı açıqlamada hava qüvvələrinin terrorçuları təqib etdiyini, Arişin əl-Hades bölgəsində yerlərini müəyyən etdikdən sonra onların içində olduğu bəzi nəqliyyat vasitələrini məhv etdiyini vurğulayıb.

Rufai hava hücumunda zərərsizləşdirilən terrorçuların sayına dair məlumat verməyib.

Ordu mətbuat katibi, həmçinin regionda aparılan axtarış fəaliyyətlərində silah və cəbbəxana olan bəzi terror özəklərinin də hədəfə alındığını qeyd edib.

Xatırladaq ki, dünən cümə namazı vaxtı Ariş şəhərində "Ravda" məscidinə qarşı terror və silahlı hücumda 235 adamın həyatını itirdiyi, 109 nəfərin yaralandığı açıqlanmışdı.

Hücumla əlaqədar olaraq ölkədə 3 günlük matəm elan edilmişdi. (eastnews)

Google+ WhatsApp ok.ru