Misirdə Mar-Mina kilsəsinə hücum

Misirdə Mar-Mina kilsəsinə hücum

-- Azı 9 nəfər həlak olub

Qahirə şəhəri yaxınlığında naməlum silahlıların Mar-Mina kilsəsinə hücumu nəticəsində azı 9 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
 
Maide.Az xəbər verir ki, “Əl-Vətən” qəzetinin Misir Səhiyyə Nazirliyinə istinadla yaydığı məlumata görə, ölənlərin 4-ü kilsəni mühafizə edən polis əməkdaşı, 5-i mülki şəxsdir.
 
Hücumda 5 silahlının, o cümlədən bədəninə partlayıcı bağlamış terrorçu-kamikadzenin iştirak etdiyi bildirilir. Təxminən on dəqiqə davam edən atışma zamanı onlardan 3-ü öldürülüb, 2 nəfərin axtarışı isə davam edir. Polis hadisə yerində iki partlayıcı qurğunu zərərsizləşdirib.
 
Yeni il, həmçinin Milad bayramları ərəfəsində ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün kilsələr güclü mühafizə altına alınıb, məbədlərin yerləşdiyi küçələrdən avtomobillər tamamilə çıxarılıb.(azertac)
 

Google+ WhatsApp ok.ru