Misirdə 241 nəfər terrorçu siyahısına salındı

Misirdə 241 nəfər terrorçu siyahısına salındı

-- İŞİD terror təşkilatına mənsub olmaq və...

Misirdə "İŞİD terror təşkilatına mənsub olmaq" və "zorakılıq etmək" ittihamıyla 241 nəfərin terrorçu siyahısına salındığı bildirilib.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, Qahirə Məhkəməsi İŞİD-ə bağlı "Sinay Vilayəti" təşkilatına mənsub olmaq və Şimali Sinayda hüquq-mühafizə qüvvələrinə hücum təşkil etmək və ya yardım və vasitəçilik etmək ittihamıyla 241 nəfəri 5 il müddətinə terrorçu siyahısına salıb.

Müqəssirlər "dövlət orqanlarına, silahlı qüvvələrə və polis əməkdaşlarına qarşı hücumlara, terror hadisələrinə qoşulmaq" kimi cinayətlərlə ittiham edilib.

Qeyd edək ki, Qahirə Məhkəməsi 2014-cü ilin noyabrında İŞİD terror təşkilatına beyət etdiyini bildirən və daha sonra adını "Sinay Vilayəti" olaraq dəyişdirən "Ənsar Beyt əl-Makdis" təşkilatını terrorçu siyahısına salmışdı. (eastnews)

Google+ WhatsApp ok.ru