Misirdə 3 min illik  8 mumya tapılıb

Misirdə 3 min illik 8 mumya tapılıb

Misirin Giza bölgəsində arxeoloji  qazıntılar zamanı 3 min il öncəyə aid  8 mumya tapılıb. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  Misir Tarixi Əsərlər Nazirliyinin məlumatına görə,  Giza bölgəsinin Dehşur şəhərində tapılan mumyalar qədim Misirin 12-ci xanədanlıq firounlarından Nubkaure Amenemhat II piramidasında (Miladdan öncə 1929-1895) aiddir. 
 
Həmin mumyaların 3 min illik tarixi olduğu bildirilir. 

Google+ WhatsApp ok.ru