Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar

Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar

Misir polisi sifətlərini futbol üzrə ölkə yığmasının kapitanı və "Liverpul" komandasının hücumçusu Məhəmməd Salahın təsviri olan maska ilə gizlədən soyğunçu dəstəni yaxalayıb.
 
Maide.Az xəbər verir ki, bu barədə "Report" "Goal.com"a istinadən xəbər verir.
 
Bildirilir ki, dörd silahlı şəxs Qahirədə mağazalardan birini qarət etməyə cəhd göstərib, amma polis onların qarşısını kəsib və bütün cinayətkarları yaxalayıb.
 
Qeyd edək ki, Salah "Liverpul"un heyətində 2017-ci ildən çıxış edir. O, həmçinin futbol üzrə Misir milli komandasının kapitanıdır. Hücumçu iki dəfə "Afrikanın ən yaxşı futbolçusu" mükafatına layıq görülüb.

Google+ WhatsApp ok.ru