Misirdə neft kəmərində yanğın: 17 yaralı

Misirdə neft kəmərində yanğın: 17 yaralı

Misirdə İsmailiyyə ilə Qahirə arasındakı səhra yolundakı neft kəmərində yanğın baş verib.
 
Maide.Az  "İHA"a istinadla xəbər verir ki,  Misir Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, yanğında 17 nəfərin yaralandığını və onların xəstəxanalara çatdırıldığını bildirib. 
 
Yanğın səbəbindən bir çox nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb. 
 
Alovlara 25 yanğınsöndürən maşınla müdaxilə edildiyi və intensiv işlərdən sonra yanğının nəzarətə götürüldüyü bildirildi.

Google+ WhatsApp ok.ru