Misirdə  qazıntılar zamanı 3000 illik ayaq protezi aşkarlanıb

Misirdə qazıntılar zamanı 3000 illik ayaq protezi aşkarlanıb

Misirdə Luxor yaxınlığında Şeyx Abd əl-Kurna nekropolunda aparılan arxeoloji qazıntılar zamanı ən qədim ayaq protezi aşkarlanıb.
 
Maide.info xəbər verir ki, alimlər qədim Misirin nəcib ailələrindən bir qadının məzarını tədqiq edərkən, bir skeletin sağ ayağının bir itirilmiş hissəsini əvəz edən bir protez tapıb. 
 
Alimlər ağac materialından olan həmin cismin ayaq protezi olduğunu və 3000 ildən çox yaşı olduğunu bildirib. 
 
Alimlər bildirir ki, protezi keyfiyyəti onun yaradıcısı olan insanın anatomiya ilə yaxşı tanış olduğunu göstərir. Çox məharətlə ağac üzərində oyma işlənilib. Protez balaca qayışlarla ayağa bərkidilib.
 

Google+ WhatsApp ok.ru