Misir hökuməti məsciddə siyasi və dünyəvi söhbətləri qadağan etdi

Misirin Vəqflər Nazirliyi yeni bəyanat yayıb. Bəyanatda bildirilir ki, məscidlərdə çıxış edən din alimləri Ramazan ayı ərzində ancaq dini və milli vəhdət mövzusundan danışsınlar.

Maide.az-ın Misir mediasına istinadən verdiyi məlumata görə, Misir vəqflər naziri Məhəmmədmuxtar Cümə qeyd edib ki, bu ay ərzində alimlərin çıxışları dini müstəvidə olnalıdır. Məscidlərdə siyasi söhbətlər olunsa, lazımi tədbirlər görüləcək.

O həmçinin qeyd edib ki, M.Mursinin Prezidentliyi dövründə məscidlərdə dini söhbətlərin yerini siyasi və dünyəvi söhbətlər tutmuşdu. Məscidlərdə olunan çıxışlar əxlaq və din maarifindən olmalıdır.

Qeyd edək ki, Misirdə Mursi hakimiyyətinin devrilməsindən sonra yeni hakimiyyət məscidlərdəki axund və imamları əvəzlədi, onlara məhdudiyyətlər qoydu. Yeni qərardan sonra Misirdə yeni həbslər gözləniləndir.

Google+ WhatsApp ok.ru