Misir hökuməti şəkil çəkmə qadağasını ləğv edib

Misir hökuməti şəkil çəkmə qadağasını ləğv edib

 
Avqustun 1-dən Misirin muzeyləri və arxeoloji abidələrini ziyarət edən turistlər ödənişsiz olaraq şəkil və video çəkə biləcəklər.
 
Maide.az xarici KİV-ə istinadla xəbrə verir ki, bu qərar Misirə daha çox turist cəlb etmək məqsədi güdür.
 
Əvvəllər buradakı bəzi qədimi abidələrin şəklini çəkmək üçün 100-misir funtu (təxminən 6 dollar) ödəmək lazım gəlirdi. Bir sıra dəyərli abidələrin çəkilişi isə tamamən qadağan olunmuşdu.
 
Cənubi Sinay əyalətindəki arxeoloji araşdırmalar idarəsinin baş direktoru, professor Əbdul Rahim Rihan RİA Novosti agentliyinə müsahibəsində bu qərarın faydalı olacağını bildirib:
 
“Nazirliyin bu qərarı muzeylərə faydası olacaqdır. Turistlər öz telefonları ilə də tarixi abidələrin şəkliini çəkə biləcəklər.  Bu abidələrin orijinal görüntülərini sosial şəbəkədə yayılması bir növü misir mədəniyyətinin reklamı olacaqdır.”

Google+ WhatsApp ok.ru