Misir işğalçı İsrailin istəyi ilə Qəzza zolağının tunellərinə su buraxıb

Sionist İsrail rejimi elan edib ki, Misir işğalçı rejimin istəyi ilə Qəzza zolağı və Misir arasındakı tunellərə su buraxıb.
Maide.az xəbər verir ki, İşğalçı İsrailin milli infrastruktur və enerji naziri Yuval Steinitz şənbə günü bildirib ki, Misir prezidenti Əbdül Fəttah əl-Sisi İsrialin istəyi ilə Qəzza zolağı və Misir arasındakı tunellərə su buraxılmasına göstəriş verib. 
Y.Steinitz deyib ki, Qahirə və Tel Əviv arasında hər zamankından daha yaxşı kordinasiyalı əməkdaşlıq var. 
Qeyd edək ki, Misir rəsmilərinin göstərişi ilə son aylarda Qəzza və Misir arasındakı tunellərə su buraxmaqla hər tərəfdən mühasirədə olan Qəzza xalqının ehtiyaclarını təmin etmək üçün istifadə etdiyi yeganə yer altı tunelləri  dağıdıblar. 
Qəzza zolağı 2007-ci ildən mühasirədədir. Bu mühasirə  bu ərazilərdə yoxsulluq və işsizliyi artırmaqla yanaşı, həmdə Qəzza xalqına yaşayışını çətinləşdirib.  1 milyon 800 milyon fələstinli dünyanın ən böyük üstü açıq zindanında yaşayır. Fələstinlilər yanacaq və ərzaq ehtiyaclarını adını müsəlman qoyan Misir prezidentinin göstərişi ilə dağıdılan həmin tunellər vasitəsi ilə təmin edirdilər. /
 
 

Google+ WhatsApp ok.ru