Misirin `Qəssam Briqadaları` qərarına Fələstindən etiraz

Misirdə məhkəmənin Həmasın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarını "terror təşkilatları siyahısına" salmaq qərarı Qəzza zolağında etirazla qarşılanıb.
 
Həmasın çağırışı ilə Qəzza zolağının şimalındakı Cəbaliye qaçqın şəhərciyinin küçələrində toplaşan minlərlə fələstinli əllərində Həmas bayraqları və üzərində "Qəssam müqavimətin adı, terrorun deyil" "Qəssam ümmətin iftixarı, terörrist deyil", "Hamımız Qəssamıq, oyan ey Misir" yazılmış şüarlar qaldırılıb.
 
Aksiyada çıxış edən Həmas rəhbərlərindən Müşir əl-Misri, "Misir məhkəməsinin qərarı tarixə qarşı bir çevrilişdir. Bu qərar, Fələstin iddiasına və müqavimətinə dəstək verən Misir xalqının vicdanını əks etdirmir", - deyib. 

Google+ WhatsApp ok.ru