Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmədə vəfat edib

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmədə vəfat edib

Misirdə fövqəladə vəziyyət elan olunub

Misirin sabiq prezidenti Məhəmməd Mursi ölkənin paytaxtı Qahirədə vəfat edib.

Maide.Az xarici KİV-ə istinadla  xəbər verir ki, sabiq prezident məhkəmə zalında hakimdən çıxış üçün vaxt istəyib, çıxışını bitirdikdən sonra halı pisləşib və  dünyasını dəyişib.

M.Mursinin ölümünün səbəblərini araşdırmaq üçün  cənazəsi xəstəxanaya aparılıb.

Misir Daxili İşlər Naxirliyi M.Mursinin ölümündən sonra ölkədə fövqəladə vəziyyət elan edib. 

Qeyd edək ki, sabiq prezident casusluqda ittiham olunurdu və bu gün məhkəmə qarşısına çıxarılmışdı.

Google+ WhatsApp ok.ru