Misirin sabiq prezidentinin ölüm hökmü ləğv olundu

Misirin sabiq prezidentinin ölüm hökmü ləğv olundu

Misir məhkəməsi sabiq prezident Məhəmməd Morsi haqqında çıxarılmış ölüm hökmünü ləğv edərək, onun yenidən mühakimə olunmasına qərar verdi. 
 
Maide.Az xəbər verir ki, ötən il mayın 16-da Misir məhkəməsi hakimiyyətdən uzaqlaşdırılmış prezident Məhəmməd Morsi və onun 100-dən artıq tərəfdarı haqqında ölüm hökmü çıxarmışdı.  Onlar 2011-ci il yanvar inqilabı zamanı «Müsəlman qardaşları» hərəkatı liderlərinin həbsxanadan qaçışının təşkilində və  xarici təşkilatlarla işbirliyində ittiham olunaraq edama məhkum edilmişdilər.  
 
Bu ilin aprelində Morsi 2012-ci ildə hakimiyyət əleyhinə mitinq iştirakçılarının təqibinə görə 20 il həbs cəzası almışdı.
 
Məhəmməd Morsi 2013-cü ildə ölkədə kütləvi aksiyalardan sonra hakimiyyətdən uzaqlaşdırılıb.
 
 

Google+ WhatsApp ok.ru