Misirin XİN rəhbəri: `Qətər terrorizmi dəstəkləməkdə davam edir`

Misirin XİN rəhbəri: `Qətər terrorizmi dəstəkləməkdə davam edir`

-- Qətər rəhbərliyi terrorizmi dəstəkləməkdə davam edir.

Qətər rəhbərliyi terrorizmi dəstəkləməkdə davam edir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Misirin xarici işlər naziri Sameh Şükri ABŞ prezidentinin Qətər üzrə xüsusi elçisi Entoni Zeni ilə görüşündə bəyan edib.
 
«Qətər, əvvəlki kimi, bölgədə mənfi rol oynayır. Rəsmi Doha terrorizm və ekstremizmi dəstəkləyir – həm maddi cəhətdən, həm də terrorçulara sığınacaq verməklə”, deyə nazir qeyd edib.
 
S.Şükrinin sözlərinə görə, Qətər ərəb dövlətlərinin işinə qarışmaqda davam edir. “Dialoqa başlamaq və böhranı həll etmək üçün Qətər ərəb dövlətlərinin tələblərini yerinə yetirməlidir”, deyə nazir vurğulayıb.
 
2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
 
Daha sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
 

Google+ WhatsApp ok.ru