Misirin xunta rejimi ilk edamını həyata keçirdi

Misirdə dövlət çevrilişindən sonra prezidenti Məhəmməd Mursiyi dəstəkləyən şəxslərdən Mahmud Həsən Ramazana verilən ölüm hökmü bu gün icra edilib.
 
Edam edilən Ramazan "Müsəlman qardaşlar"ın rəsmi üzvü deyildi. Ramazan çevrilişdən sonra meydanda baş verən hadisələr zamanı bir binadan bəzi nümayişçilərin atılması ilə bağlı məhkəmədə mühakimə olunmuşdu. Aksiya keçirən "İxvan" üzvləri özlərinə silahla hücum edənlərdən ikisini bir binanın damında küncə sıxışdırmış və binadan atmışdı. Məhkəmə atılanlardan birinin öldüyünü bildirərək, Mahmud Həsən Ramazana edam cəzası vermişdi.

Google+ WhatsApp ok.ru