Misir iqtisadi böhranın astanasında

Misir iqtisadi böhranın astanasında

Hökumətin son illərdə tətbiq etdiyi iqtisadi siyasətləri və turist sayındakı azalma başda olmaq üzrə bəzi səbəblərə görə Misir iqtisadiyyatı çətin bir dövr keçirir.
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Misirdə son üç ildə yaşanan üç ayrı hökumət tərəfindən tətbiq olunan iqtisadi siyasətləri, Süveyş kanalı gəlirlərinin azalması və 2015-ci ilin oktyabr ayının 31-də Sina yarımadasında düşən Rusiya sərnişin təyyarəsindən sonra turist sayında da 70 faiz azalma var. Ölkə iqtisadi böhranın astanasındadır.
 
Valyuta ehtiyatlarında baş verən azalma, Misir valyutasının dollar qarşısında dəyər itirməsinə səbəb olub. Azad bazarda bir il əvvəl ABŞ dollarının dəyəri 8 cuneyh idisə, bu günlərdə 17 cuneyhə qədər yüksəlib.
 
Hökumətin üç ay əvvəl dolların yüksəlişini dayandırmaq üçün ölkədəki bütün valyuta məntəqələrini bağlaması, dolların da qara bazarının formalaşmasına və daha çox artmasına səbəb olub.
 
Dolların yüksəlməsi, həmçinin əsas ərzaq qiymətlərində də qiymət artımına səbəb olub. Xüsusilə son bir aydır ki, ölkədə baş verən şəkər qıtlığı problemi həll edilməyib.
 
Dükanlarda şəkər tapmaq qeyri-mümkündür. Böyük marketlərin yer aldığı Qahirə, Qiza və İskəndəriyyə kimi şəhərlərdə isə adam başına ən çox 5 kiloqram şəkər verilir. Böhrandan əvvəl 5 cuneyh olan şəkərin 1 kiloqramının qiyməti 10 cuneyhi keçib.
 
Misir hökuməti, dükanlarda olmayan və ya bahalı satılan digər əsas qida maddələrində də böhran yaşanmasının qarşısını almaq üçün üçün paytaxt Qahirənin yoxsul təbəqələri və digər şəhərlərdə yük maşınılarla dolaşan səyyar dükanlarla xalqın ehtiyacını aradan qaldırmağa çalışır. /
 

Google+ WhatsApp ok.ru