Misirlilər İsrail rejiminin bayrağını yandırdılar

Misirli nümayişçilər Qahirədə İsrail səfirliyi qarşısında sionist rejim bayrağını yandırıblar.
 
Maide.az xəbər verir ki, Misir media mənbələri dünən Misirli nümayişçilərin sionist rejimin siyasətlərinə və Misir hökumətinin bu rejimlə yaxınlığına etiraz məqsədilə aksiya təşkil ediblər və İsrail bayrağını yandırdıqlarını yazırlar.
 
Həmçinin yüzdən çox İxvanul Müslimin və Məhəmməd Mursi tərəfdarı Qahirənin Sudan küçəsində hökumət əleyhinə mitinqlər keçirərək şüarlar səsləndiriblər. 
 
Nümayişçilər Əbdulfəttah Sisi hökuməti əleyhinə şüarlar səsləndirərək, Sisiyi İsraillə əməkdaşlıq etməkdə günahlandırıblar.

Google+ WhatsApp ok.ru