Misir prezidenti də İslam dinində islahat aprmaq istəyir

Maide.az xəbər verir ki, Misir prezidenti Abdülfettah əl-Sisi İslamın bəzi radikal qruplar tərəfindən yanlış anlaşıldığını iddia edərək, dində islahat aparılması lazım olduğunu söyləyib.
 
Qərb mediasının "İslamı müasirləşdirmək istəyən cəsur adam" kimi qiymətləndirdiyi Misir prezidenti uca dinin radikal fikirlərdən, zorakılıqdan təmizlənməsini və başqa mədəniyyətlərə, fikirlərə tolerantlıqla yaxınlaşmasını istəyib. Sisi çıxışında həmçinin İslam inancının fikirlərinin yüz illərlə yanlış şərh olunduğunu, bunun da çox vaxt İslam aləminə ziyan gətirdiyini, İslamı başqalarının gözündə alçaltdığını bildirib.
 
Amma görünür Misir prezidenti bu fikirləri söyləyərkən unutduğu bəzi məqamlar var. Bu məqamlar isə ondan ibarətdir ki, İslam dinidə radikal, zorakı, başqa mədəniyyətlərə hörmətsizlik kimi fikirlər yoxdur. Əksinə, hədislərdə də buyrulub ki, digər dinlərin nümayəndələrinə hörmətlə yanaşılsın və onların namuslarına, mallarıma əl uzadılmasın, digər dinlərin nümayəndələri müsəlmanların içində amanda yaşaya bilərlər. Biz hədislərdə buyrulmuş bu fikirləri İraq, İran, Türkiyə və sair müsəlman ölkələrində görə bilərik. Əsirlərdir əhalisinin əksəriyyəti müsəlkman olan bu ölkələrdə xristianlar, yəhudilər azad-asudə, amanda yaşayıblar. Amma bu gün Sisini dəstəkləyən Qərb ölkələrinin himayəsi altında fəaliyyət göstərən İŞİD və "Əl-Qaidə" terrorçuları İslamı təhrif edərək, öz maraqlarına xidmət və İslamı gözdən salmaq naminə talançılıqla, başqasının namusuna təcavüzlə məşğuldurlar.
 
Görünür Sisinin müqəddəs İslam dinindən ya xəbəri yoxdur, ya da onu himayə edənlərin kuklası kimi barmaq işarəsi ilə hərəkət edir.

Google+ WhatsApp ok.ru