Misir təyyarəsini qaçıran şəxs ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad edib - YENİLƏNİB 2

81 sərnişini olan Misir təyyarəsi qaçırılıb Cənubi Kiprə endirilib

Qaçırılan Misir təyyarəsinin ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad olunub.
Bu barədə “Egypt Air” şirkətinin “Tvitter” hesabında yerləşdirilən xəbərdə deyilir.
Təyyarədə qalan sərnişinlərin hamısının əcnəbi olduğu bildirilir. Təyyarəni qaçıran misirli İbrahim Samaha bunu sevdiyi qadınla görüşmək üçün etdiyini açıqlayıb.

***

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. 

Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.

Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib. təyyarəni tərk edənlər qadın və uşaqlardır. 

***
İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, özünü partladacaq.
 
Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb. 
 
***
 
Maide.az xəbər verir ki, içində 81 sərnişini olan MS181 reyslə uçan Airbus320 tipli Misir sərnişin təyyarəsi, silahlı dəniz qulduru tərəfindən qaçırılıb Cənubi Kiprdə Larnaka hava limanına endirilib.
Cənubi Kipr Larnaka Hava Limanı uçuş üçün bağlanılıb.
Təyyarənin İsgəndəriyyədən Qahirəyə getdiyi bildirilir.
 

Google+ WhatsApp ok.ru