Misir tarixində bir ilk: Məscidlərə qadın xatiblər təyin olundu

Misir tarixində bir ilk: Məscidlərə qadın xatiblər təyin olundu

140-dan çox qadın Misir məscidlərinə xatibə təyin edilib. Ölkə üçün misilsiz olan bu qərarı Vəqflərin İşlərin üzrə Nazirlik verib.
 
Bu vəzifəyə təyin olunan qadınların hamsının yüksək ilahiyyat (teologiya) təhsilinə sahib olduğu qeyd olunur. Onlar ölkə məscidlərində kişi xatiblərin etdiyi işin eynisini edəcəklər. Lakin bunu da qeyd edək ki, qadın xatiblərin fəaliyyət ərazisi məscidin qadınlar üçün nəzərdə tutulmuş hissəsi ilə məhdudlaşacaq.
 
Aydınlaşdırıcı mühazirələr və müsəlman qadınlarla hər şeydən öncə qadın məsələlərinə dair söhbətlər həftədə 2 dəfə keçiriləcək.(islamazeri) 
 
 

Google+ WhatsApp ok.ru