Mitinq bitdi:  `Referendum ləğv edilsin` - YENİLƏNİB (2) - FOTO

Mitinq bitdi: `Referendum ləğv edilsin` - YENİLƏNİB (2) - FOTO

Xəbər verdiyimiz kimi bu gün Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq etiraz mitinqi keçirilib. 
 
Əli Kərimlinin çıxışından sonra mitinqin qətnaməsi elan edilib.
 
Qətnamədə sentaybrın 26-na təyin edilən referendumun ləğv edilməsi, köklü siyasi-iqtisadi-sosial- hüquqi islahatların başlanması, bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi, pensiyaların təcili artırılması istənilir. AXCP referendumun ləğv edilməsini tələb edir. Siyasi məhbusların azadlığı tələb edilir. Korrupsiya və monopoliyaya son qoyulsun. Bank faizləri azaldılsın. Maaşlar artırılsın.
 
Azadlıq Radiosunun verdiyi məlumata görə mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi olub. Bütün telefonlarda rabitə dayanıb.
 
Meydantv xəbər verir ki, məhbus dindarların şəkilləri olan plakatların mitinq ərazisinə gətirilməsinə icazə verilməyib. Polislər aksiya iştirakçılarının əlindən şəkilləri alıb. Deyilir ki, üzərində dini kəlamlar var.  Polislərin dindar məhbusların şəkillərini almaq istəyinə baxmayaraq, insanlar özləri ilə həmin şəkilləri az da olsa stadiona gətirə biliblər. 
 
Mitinq qurtarandan sonra gənclər rəqs edib, yallı gediblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
**** 
Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq etiraz mitinqi başlayıb.
 
Mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib.
 
Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb. (AzadlıqRadiosu) /

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru