Mitinqlə bağlı 9 nəfər həbs olunub

Mitinqlə bağlı 9 nəfər həbs olunub

Bu gün Milli Şura mitinq keçirəcək. Saat 15.00-dan 17.00-dək “İnşaatçılar” metrostansiyası yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) razılıq verib.
 
Maide.Az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, mitinqə icazə verilsə də, mitinqçilərə qarşı artıq cəza tədbirləri başlayıb. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, aksiya ilə bağlı xüsusi fəallıq göstərən 9 nəfər saxlanılıb.
 
Onların barəsində 10-15 gün müddətinə saxlanma qərarı qəbul edilib.
 
Saxlanılan şəxslərin "vətəndaşları mitinqdə iştiraka təhrik etdiyi, qalmaqal yaratmağa cəhd göstərdiyi və digər hüquqazidd əməllər törətdiyi" bildirilir.
 
Həmçinin o da qeyd edilib ki, "qanunun tələblərini pozan hər bir şəxs barədə müvafiq ölçü götürüləcək". /

Google+ WhatsApp ok.ru