İmmuniteti və qalxanvari vəzini möhkəmləndirən - FEYXOA

İmmuniteti və qalxanvari vəzini möhkəmləndirən - FEYXOA

Yod qalxanvari vəzinin normla fəaliyyəti üçün olduqca vacib olan mineraldır.
 
Yodun çatışmamazlığı qalxanvari vəzi xəstəliklərinə səbəb olur.
Həmçinin yod immun və sinir sistemi üçün çox vacibdir, onların fəaliyyətini stimullaşdırır.
Sizə yodla zəngin olan təbii qarışığın reseptini təqdim edirik. Bu qarışıq immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabları azaldır, beyinin fəaliyyətini yaxşılaşdırır, qalxanvari vəzi xəstəliklərinin qarşısını alır.
 
Tərkib:
- 1 kq feyxoa
- 200 qr qoz
- 200 qr bal
 
Feyxoa yuyulur, qıraqları kəsilir qozla birlikdə ətçəkən maşınından keçirilir, yaxşı qarışdırırlır. Qarışığa təbii bal əlavə olunur, qarışdırırlır.
 
Qarışığı sərin yerdə saxlayın və hər səhər 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara 1/2-1 çay qaşığı vermək olar. (İnterpress.az)
 

Google+ WhatsApp ok.ru