İmmun sistemini gücləndirmək üçün bu meyvə şirələrini için

Meyvə- tərəvəzlər vitaminlər, minerallar və qida maddələri ilə zəngin mənbələrdir . Bunlar sağlamlığa və əlverişli immun sisteminin olmasına yardım edə bilər. Lakin, bəzi insanlar gün ərzində bəlkə də kifayət qədər bu qida maddələrini qəbul etmirlər.

Maide.az xəbər verir ki, qış xəstəlikləri ilə mübarizə aparmaq üçün müxtəlif növ meyvə şirələrinin və tərəvəzləri yemək üçün sadə, tez başa gələn və dadlı təlimatlar var:

Kök şirəsi: Kök, beta-karoten və A vitamini ilə zəngin bir mənbədir. A vitamini immun sisteminin tənzimlənməsində əsas rola malikdir və infeksiya ilə mübarizə aparmaq və T hüceyrələrini qorumaq üçün orqanizmə yardım edir. Bu hüceyrələr Lenfosit kimi tanınan bəzi ağ qan hüceyrələrinə aiddir və hüceyrələrin immunitetində əsas və başlıca rol oynayır. A vitamini bədəni müdafiə etmək üçün ağ qan hüceyrələrinin fəaliyyətinin artmasına kömək edir.

Portağal və qreypfrut şirəsi: Portağal, limon və qreypfrut kimi bütün sitrus şirələrində C vitamini əla mənbə sayılır. C vitamini antioksidant hesab olunur və sərbəst radikallarla mübarizə aparır. C vitamini ağ qan hüceyrələri və antikorları yaratmağa və son nəticədə xarici işğalçılarla mübarizədə edir. C vitamininin çatışmamazlığı yaranın sağalmasında, infeksiya ilə mübarizədə zəifliyə və immun reaksiyasının pozulmasına səbəb ola bilər.

Kələm suyu: Kələm- dadlı və çoxyönlü tərəvəz olmaqdan əlavə, çoxsaylı vitaminlərlə, minerallarla, antioksidantlarla və s. zəngindir. Kələmin tərkibində A, C vitaminləri, maqnezium, B 6 vitamini, mis və dəmir var. Folat və vitaminləri özündə birləşdirən çuğundurla birlikdə kələm istifadə etmək əhəmiyyətli görünür.

Pomidor şirəsi:  C, A vitaminləri ilə zəngin bir mənbədir ki, hər ikisi bədənin immun sisteminin sağlamlığına faydalıdır.

Çiyələk və kivi şirəsinin birləşməsi: C vitamini ilə zəngindir və tərkibində Folat, A vitamini, maqnezium və sink olan nanə ilə birlikdə istifadə etmək bədənin immun sisteminin möhkəmlənməsində mühüm rola malikdir. Qeyd edək ki, maqnezium çatışmazlığı immun sisteminin zəifləməsinə və infeksiyaya yoluxmasına səbəb olur.

Balqabaq şirəsi:  Tərkibində Vitamin A, vitamin B6 və E vitamini, həmçinin sink mövcuddur. Sink, ağ qan hüceyrələri və antikorların istehsalı və infeksiya ilə mübarizə aparmaq üçün faydalıdır. /

Google+ WhatsApp ok.ru