MN: Ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını unutmamalıyıq 14 Dekabr 2015 02:00 Qarabağ xəbərləri Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a bildirilib ki, Ermənistanın KİV-i növbəti dəfə yeni uydurma ilə çıxış edərək guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yalan məlumatlar yayıb: “Bu xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq. Əslində erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meylli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar. Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətlərini nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə plana uyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”. Teqlər : #MN: Ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını unutmamalıyıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan ordusu sutka ərzində atəşkəsi 88 dəfə pozub Erməni silahlı bölmələri atəşkəs rejimini 99 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni