MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib 11 May 2017 01:00 Qarabağ xəbərləri Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərə münasibət bildirib. Maide.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb. "Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür", - deyə MN-dən bildirilib. Qeyd edək ki, Ermənistan KİV-in iddiasına görə, mayın 10-da saat 18 radələrində Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində "Şant" televiziyasının "Mövqelərdə" proqramının operatoru David Atoyan yaralanıb. / Teqlər : #MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 120 dəfə pozub Düşmən atəşkəs rejimini 135 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni