MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub

MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Maide.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.
 
Qeyd efək ki, şəhid Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
 
Allah rəhmət eləsin!

 

Google+ WhatsApp ok.ru