Mobil qurğular uşaqların niqt inkişafına mənfi təsir göstərir

Mobil qurğular uşaqların niqt inkişafına mənfi təsir göstərir

Toronto Universitetinin alimlər müəyyən edib ki, mobil qurğular balaca uşaqlarda nitq inkişafına mənfi təsir göstərə bilər.
 
Belə ki, 900-ə qədər uşağın iştirak etdiyi araşdırmada valideynlər uşaqlarının ekran qarşısında nə qədər vaxt keçirdiyi barədə məlumat verib. Sonra araşdırmaçılar uşaqların nitq inkişafı barədə məlumat toplayıb. Onlar uşaqların kiçik cümlələr, ayrı-ayrı sözlər qura bildiyinə, yoxsa səs çıxardığına baxıb.
 
Araşdırma göstərib ki, uşaqların 20 faizi gün ərzində orta hesabla 28 dəqiqə qadjetlərin ekranı qarşısında olub. Alimlərin sözlərinə görə, hər gün uşaqların 30 dəqiqəlik mekran dəqiqəsinin artması, alimlərin nitq gecikməsi adlandırdıqları vəziyyət riskinin artmasına səbəb olur. (faktxeber) /

Google+ WhatsApp ok.ru