Moldova Rusiya televiiziyasının yayımını dayandırdı 05 İyul 2014 01:00 Dünya Bekasov bu qərarın onlar üçün gözlənilməz olduğunu bildirib. Moldova Rusiyanın “Rossiya-24” telekanalının yayımını dayandırıb. Maide.az xəbər verir ki, BBC-nin məlumatına görə, Moldovanın Teleradio Şurası Rusiya telekanalını “təcavüzkarlığı təbliğ etmək”də ittiham edib. Mənbə bildirib ki, 2015-ci il yanvarın 1-dək “Rossiya-24” telekanalının ölkə ərazisində yayımı yasaqlanıb. Bundan başqa Şura Rusiyanın “Prime”, “TV 7”, “RTR Moldova” və “REN TV Moldova” (Rusiyanın “Pervıy kanal”, “RTR-Planeta” və “REN TV”-nin verilişlərini ötürən telekanallar) telekanallarına da sanksiya tətbiq edib. Bunların qadağan edilməsinə səbəb olaraq, həmin kanalların yayımının “Moldovanın teleyayımının kodeksinə uyğun olmadığı” göstərilib. “Rossiya-24”-ün baş redaktoru Yevgeni Bekasov bu qərarın onlar üçün gözlənilməz olduğunu bildirib. Teqlər : #Moldova Rusiya televiiziyasının yayımını dayandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Maliyyə Nazirliyi: İran əhalisi nağd subsidiyaları aldıqdan sonra daha da yoxsullaşıb Bəhreyn dövləti Fars Körfəzində ən böyük Katolik kilsəsi tikmək istəyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO