Monrealda minlərlə tələbə etiraz aksiyası keçirib

Cümə axşamı günü bir neçə min tələbə Monreal küçələrinə təhsildə əksini tapacaq sərt iqtisadiyyat planına qarşı etiraz aksiyası ilə çıxdı. Bu barədə TASS agentliyinə istinadən xəbər verir.
 
"Biz hökumətə bildirmək istəyirik ki, o əhalinin fikrini nəzərə almadan qərar qəbul etməli deyil", - aksiya iştirakçılardan biri dedi.
 
Aksiyanın təşkilatçıları verdiyi məlumata görə etiraz etməyə 75 min nəfər yığışıb, həmçinin Tələbələrin həmrəylik ittifaqı da iştirak edir. Jurnalıstlətin məlumatına əsasən etiraz edənlərin sayı 10-20 min arası təşkil edir.
 
Aksiyaçıların sayı barədə rəsmi bir məlumat yoxdur./
 

Google+ WhatsApp ok.ru